BQP prezident seçkisinə qatılmamağa qərar verib

Böyük Quruluş Partiyası (BQP) prezident seçkisində iştirak etməmək barədə qərarını rəsmiləşdirib.

Bu barədə qərar BQP Siyasi Qurulunun avqustun 2-də keçirilən iclasında qəbul edilib.

Partiya qərarını seçkidə iştirak üçün normal şəraitin olmaması, Seçki Məcəlləsinə edilən dəyişikliklərin demokratik standartlara cavab verməməsi, sərbəst toplaşma azadlığının təmin edilməməsi və digər amillərlə əsaslandırıb. / APA /