Azərbaycanın Yay Olimpiya Oyunlarındakı nümayəndə heyətinin rəhbəri və köməkçiləri artıq Pekindədirlər. Azərbaycan idmançıları Pekinə ayın 6-da, Olimpiadaya 2 gün qalmış gedəcəklər. Bu barədə «Azadlıq» radiosuna Milli Olimpiya Komitəsindən Cəmaləddin Rəhmanov məlumat verib.
O, bildirib ki, azərbaycanlı idmançılar da bütün iştirakçılar üçün nəzərdə tutulmuş Olimpiya kəndində yerləşəcək. Avqustun 7-də olimpiya kəndində Azərbaycan bayrağı qaldırılacaq.
Avqustun 10-da isə Pekində Azərbaycan günü keçiriləcək.
Azərbaycanı Pekin olimpiadasında 44 idmançı təmsil edir.