Artıq bir neçə gündür ki, Azərbaycanda «Western Union» və «Moneygram» pul köçürmə sistemlərinin fəaliyyəti dayandırılıb.
Milli Bank buna səbəb kimi həmin sistemlərin Dağlıq Qarabağa pul köçürmələrini göstərib.
Artıq bütün banklardan sözügedən şirkətlərin nümayəndələri çıxarılıb.
Banklardan birində növbə çəkən polis əməkdaşı deyir ki, Milli Bank «Western Union» və «Moneygram»ın fəaliyyətinə qadağa qərarını verdikdən dərhal sonra banklardan bu xidmət yığışdırılıb.
«Western Union»un paytaxtın müxtəlif yerlərindəki yeddi məntəqəsində olsaq da, heç bir əməkdaşıyla danışmaq mümkün olmadı. Əvəzində bu xidmətdən yararlanan Bakı sakinlərinin fikirlərini öyrəndik. Söhbətləşdiyim sakinlər xidmətin bağlanmasını mənfi hal kimi dəyərləndirsələr də, vəziyyətdən çıxış yolu kimi başqa pulköçürmə xidmətindən istifadə etməyi görürlər:
- Yəqin ki, tezliklə açılar, müvəqqəti şeydir. İqtisadi baxımdan dövlətimizə ziyan dəyə bilər.
- Digər yolla pul köçürəcəyəm.
«Western Union» və «Moneygram»ın fəaliyyətinin dayandırılmasına səbəb kimi Dağlıq Qarabağa pul köçürmələri göstərilir. Amma Dağlıq Qarabağda bank xidmətləri həyata keçirən təkcə bu şirkətlər deyil. İqtisadçı Vüqar Bayramov deyir ki, Dağlıq Qarabağda elə bank filialları fəaliyyət göstərir ki, onlar heç Azərbaycana gəlib çıxmayıblar. Elə bu səbəbdən ekspert hesab edir ki, Milli Bankın sözügedən beynəlxalq bankları bağlamağa səlahiyyətləri olsa da, bu addım strateji cəhətdən düzgün deyil:
«Milli Bankın yanaşmasında ən ciddi problem ondan ibarətdir ki, məsələni milli səviyyədə həll etməyə çalışır. Əslində isə məsələ kifayət qədər qlobaldır. Dünyanın inkişaf etmiş əksər banklarının Dağlıq Qarabağda filialları var. Yalnız son bir ayda Dağlıq Qarabağda iki xarici bankın filialı açılıb. Bu, onu göstərir ki, Milli Bankın sözügedən şirkətlərin fəaliyyətini dayandırması bütövlükdə xarici kapitalın, pul köçürmələrinin Dağlıq Qarabağa gəlməsinin qarşısını almayacaq. Bu qərar strateji baxımdan əsaslandırılmayıb».
İqtisadçının fikrincə, bu qadağanın həmin şirkətlərə heç bir isti-soyuğu yoxdur. Burda itirənlər yalnız Azərbaycan vətəndaşlarıdır.
Bundan əvvəl Rusiyanın «Vneştorqbank»ı da Dağlıq Qarabağda öz filialını açmışdı. Milli Bankın etirazından sonra həmin filial bağlandı. «Western Union»un Azərbaycanda nümayəndəsi olmadığından və mərkəzi ofisin iş saatıyla Bakı vaxtı üst- üstə düşmədiyindən şirkətin mövqeyini öyrənmək mümkün olmadı.
Təkcə Rusiyada yaşayan 2 milyon azərbaycanlı var. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Rusiyadakı azərbaycanlı miqrantlar ailələrinə ildə 1 milyard dollardan çox pul köçürürlər.