«Lex»ə uduzmaqla UEFA kubokunda mübarizəni dayandıran «Xəzər-Lənkəran»ın düşərgəsində maraqlı hadisələr baş verməkdədir. Belə ki, klubun rəsmi saytında yer alan açıqlamaya görə, artıq seleksiyaçı Bəxtiyar Musayevlə komandanın rəisi Vüsal Cəlilov da işdən qovulub. Onlar klubla müqavilə bağlayan bəzi legionerlərdən pul almaqda və klubdaxili ab-havanı korlamaqda suçlanırlar.