Teymur Rəcəbov Qran-Pri yarışında qələbə qazanıb

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Rusiyanın Soçi şəhərində keçirilən FİDE-nin Qran-Pri turnirində qələbə qazanıb.

FİDE Qran-Prisinin beşinci oyun günündə Bolqarıstandan olan İvan Çeparinovla qarşılaşan Rəcəbov, rəqibini 38-ci gedişdən sonra məğlub edib. Azərbaycanlı qrossmeyster ağ fiqurlarla mübarizə aparıb.

Qran-Pri turnirində iştirak edən digər azərbaycanlı şahmatçı – Vüqar Həşimov isə Çindən olan Vanq Yu ilə xallarını yarı bölüb.

FİDE-nin Qran-Pri turnirinin beşinci turundan sonra Rəcəbov Çeparinov və rusiyalı Aleksandr Qrişukla birgə 1-3-cü yerləri bölüşür.

Aktivində 2,5 xalı olan Həşimov dördüncü pillədə qərarlaşıb.