Nasistlərin fəallığına səbəb siyasətçilərin çıxışlarıdır

Skinhedlər bu il artıq 60 nəfər qətlə yetiriblər

Rusiyada nasistlərin fəallığına səbəb siyasətçilərin çıxışlarıdır. Rusiyada insan haqları təşkilatı-SOVA belə bəyanatla çıxış edib.

Təşkilatın sədri Qalina Kojevnikova deyib ki, keçən il irqçilər Rusiyada 85 adamı öldürüblər. Bu il artıq 60 nəfər qətlə yetirilib. Amma çox az adam məsuliyyətə cəlb olunur.
Təşkilat bəyan edir ki, siyasətçilərin çıxışları skinhedləri bir az da həvəsləndirir.