Daha beş nəfərin namizədliyi təsdiqləndi

MSK-nın binası

Avqustun 9-da Mərkəzi Seçki Komissiyası (MSK) daha beş nəfərin namizədliyini təsdiqləyib. Bunlar Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasından Fuad Əliyev, «Yaşıl Siyasət» Təşəbbüs Qrupundan Mais Güləliyev və fərdi qaydada namizədliyini irəli sürmüş Qüdrət İsaqovdur.

Beləliklə, namizədliyi təsdiqlənən şəxslərin sayı 11-ə çatıb.

İndi növbəti mərhələdə namizədlər 40 min imza toplamalıdır. Bundan sonra MSK həmin şəxsləri prezidentliyə namizəd kimi qeydə alacaq.