«Bütün dünya münaqişənin həllində maraqlı olmalıdı»

H.Paşayev bildirib ki, Diplomatik Akademiya iki ilə «Gənclik» stansiyası yaxınlığında tikiləcək

«Nəinki Azərbaycan və regionun digər dövlətləri, o cümlədən bütün dünya ictimaiyyəti də Gürcüstanda münaqişənin tezliklə tənzimlənməsində maraqlı olmalıdır». Azərbaycan Xarici İşlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev Gürcüstandan keçən enerji layihələrinin təhlükəsizliyi məsələlərinə toxunarkən belə deyib.
Gürcüstanın MDB-dən çıxmaq qərarına münasibət bildirən nazir müavini deyib ki, «hər bir ölkə siyasi hökumətlə müzakirələrdən sonra belə qərar verir».

H.Paşayev onu da bildirib ki, onun rəhbərlik etdiyi Diplomatik Akademiya iki il ərzində metronun «Gənclik» stansiyası yaxınlığındakı «Dədə Qorqud» parkında tikiləcək.