Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşı azad edilib

Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşı 1975-ci il təvəllüdlü Eyyubov Arzu Nurəddin oğlu avqustun 14-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində girovluqdan azad olunub. O, bu il fevralın 19-da Ermənistanın İcevan rayonu ərazisində saxlanılıb.
Məlumatı Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.