Avqustun 16-da Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
İ.Əliyevin namizədliyini müdafiə edən 46750 nəfərin imzası MSK-ya təqdim olunub. Bu imzalar 124 seçki dairəsinin ərazisində toplanıb. Yoxlamalar nəticəsində 46253 imza etibarlı, 497 imza isə etibarsız sayılıb. Müzakirələrdən sonra MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.