1 milyon 970 min avroluq at yıxıldı

Atın qiyməti 1 milyon 970 min avro olub. Onun pulunu Dövlət Neft Şirkəti verib

Pekin Olimpiadasında Azərbaycanı təmsil edən çapar Camal Rəhimov avqustun 17-də ikinci təsnifat mərhələsində uğursuz çıxış edib.
Belçikadan alınmış at maneəni dəf edə bilməyərək aşıb, bununla da C.Rəhimovun çıxışı uğursuz nəticələnib.
İdmançılar Pekinə getməmişdən əvvəl Gənclər və İdman Nazirliyi Azad Rəhimov bildirmişdi ki, çapar C.Rəhimova Fransanın ən yaxşı atını alıblar.

Onun qiyməti isə 1 milyon 970 min avro olub. Atın pulunu Dövlət Neft Şirkəti verib.