Bir həftəlik fasilədən sonra «Azərbaycan Hava Yolları» (AZAL) Tbilisiyə uçuşları bərpa edib.
AZAL-ın mətbuat katibi Məhərrəm Səfərli «Turan»a deyib ki, uçuşlar əvvəlki qrafiklə - gündə iki reys olmaqla hər gün həyata keçirilir.
Bakı-Tbilisi-Bakı müntəzəm aviareysləri avqustun 10-da - Rusiya qoşunlarının Gürcüstana müdaxiləsindən sonra təhlükəsizlik məqsədilə dayandırılmışdı.