Azərbaycan boksçusu Şahin İmranov Pekin olimpiadasında yarımfinala çıxıb. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ş.İmranov dörddəbir finalda kubalı İden Toriyenteyə qalib gəlib.
O, yarımfinalda fransız Xedafi Delkurla qüvvəsini sınayacaq.
Hazırda Azərbaycan yığmasının aktivində beş medal (bir qızıl, iki gümüş və iki bürünc) var.