Sərbəst güləşçilər məğlub olublar

Pekin Olimpiadasında Azərbaycanı təmsil edən sərbəst güləşçilər - Emin Əzizov və Çamsulvara Çamsulvarayev məğlub olublar. Səkkizdə bir finala çıxan Emin Əzizov qazaxıstanlı idmançıya uduzub. Çamsulvara Çamsulvarayev isə ilk görüşündə Belarus təmsilçisi Murat Qaydarova məğlub olub.