Polşa sazişi imzalandı

Dövlət katibi Kondoliza Rays və Xarici İşlər naziri Rodoslav Sikorski sazişi imzalayır

ABŞ Dövlət katibi Kondoliza Rays avqustun 20-də Varşavada Polşanın Xarici İşlər naziri Rodoslav Sikorski ilə bu ölkə ərazisində raketdən müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı saziş imzalayıb. İmzalamadan sonra sənəd ratifikasiya üçün Polşa parlamentinə təqdim olunacaq.
Rusiya Amerikanın bu addımına qarşı çıxır və hesab edir ki, saziş onun təhlükəsizliyinə ziyandır. Vaşinqton isə bəyan edir ki, bu, Rusiyaya qarşı yönəlmiş sistem deyil, İrandan gələ biləcək hər hansı təhlükənin qarşısını almaq üçündür.

Bu arada Kremldən bildiriblər ki, Rusiya bu il Belarusla hava hücumundan müdafiə sistemilə bağlı sənəd imzalayacaq.
Rusiya prezidenti Dmitri Medvedev və onun belaruslu həmkarı Aleksandr Lukaşenko məsələ ilə bağlı Soçidə görüşmüşdülər.