BTC sınaq məqsədilə bərpa olunub

Həmin vaxt kəməri PKK terror təşkilatı partlatdığını demişdi. Amma öz ərazisində kəmərin təhlükəsizliyinə cavabdeh olan Türkiyə bu iddianı təsdiqləməmişdi.

Yanğınla əlaqədar fəaliyyətini dayandıran Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac kəməri sınaq məqsədilə bərpa olunub. Gələn həftə boru xətti ilə neftin nəqli tam şəkildə bərpa olunacaq.
BP şirkətindən verilən məlumatda belə deyilir.

Avqustun 5-dən 6-na keçən gecə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Türkiyə hissəsində baş verən qəza ilə bağlı kəmər fəaliyyətini dayandırmışdı. Sonradan yanğın söndürülsə də, təmir işləri ilə əlaqədar kəmərə neft vurulmurdu.

Həmin vaxt kəməri PKK terror təşkilatı partlatdığını demişdi. Amma öz ərazisində kəmərin təhlükəsizliyinə cavabdeh olan Türkiyə bu iddianı təsdiqləməmişdi.