Rusiyada irqçilər bu il 85 nəfəri öldürüblər

Rusiyada irqçilər bu il 85 nəfəri öldürüblər, 230-a yaxın adamı yaralayıblar

Bu barədə avqustun 23-də İnsan Haqları üzrə Moskva Bürosunun rəhbəri Aleksandr Brod məlumat verib. O deyib ki, azərbaycanlılar, qırğızlar, özbəklər, taciklər daha tez-tez hücuma məruz qalırlar. Ancaq xəsarət alanlar arasında ruslar da var.

A. Brod bildirib ki, irqçi hücumlar ən çox Moskvada, Peterburqda, Sverdlovsk və Ulyanovsk vilayətlərində baş verir.