«Azərbaycan prezidenti İlham Əliyevlə regionda təhlükəsizlik, enerji və kənd təsərrüfatının inkişafı məsələlərini müzakirə etdik».
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədr müavini, respublikaçı-senator Riçard Luqar belə deyir. Azərbaycana gəlməzdən öncə cənab Luqar Tbilisidə olub, Amerikadan Gürcüstana humanitar yardımın gətirilməsinin gedişatı ilə tanış olub.
Senator deyir ki, Azərbaycanın Gürcüstana göstərdiyi yardımı və dəstəyi yüksək qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycana səfəri çərçivəsində həm də ölkə prezidenti ilə «Nabucco» layihəsini
müzakirə edib. Bu məsələ ilə bağlı BP şirkətinin nümayəndələri ilə də görüşüb:
«Nabucco» kəməri məsələsində həll olunmalı bir çox məsələlər var. Məsələn, kəmərin doldurulması üçün təbii qaz təchizatının kifayət edib- etməməsi və digər ölkələrin imzaladığı müqavilələr, Türkiyənin nə qədər qazdan istifadə edəcəyi və şimala nə qədər qaz ötürə biləcəyi bu məsələlər sırasındadır».
R.Luqar bildirib ki, «Nabucco» kəməri Avropa üçün çox böyük əhəmiyyət kəsb edir və o, bundan sonra səfər edəcəyi ölkə rəsmiləri ilə də bu məsələni müzakirə edəcək. Onun sözlərinə görə, bütün bunlar kəmərin vacibliyini göstərir.
Gürcüstanda NATO qoşunlarının yerləşdirilməsinin mümkünlüyü sualına cavab verən Ricard Luqar deyib ki, ABŞ Avropa Şurası və digər tərəfdaşları ilə birlikdə bütün səylərini Rusiyanın müdaxiləsinin təkrar olunmasına yol verməməyə yönəldəcək.
Senator həm də bu hadisələrdən Rusiyanın itirdiyinə diqqəti cəlb edib. Deyib ki, ABŞ Polşa ilə raket əleyhinə sistem haqda müqavilə imzalayıb və bundan sonra Rusiyanın fond birjalarındakı itkiləri qacılmazdır.
Bəs Rusiya Azərbaycana müdaxilə etsə, ABŞ-ın reaksiyası necə olacaq?
R.Lüqar sualı birbaşa cavablandırmaqdan yayınaraq deyib ki, Gürcüstan kimi Azərbaycan da ABŞ üçün əhəmiyyət kəsb edən ölkədir və Vaşinqtonun reaksiyası vəziyyətə adekvat olacaq.
Riçard Luqarın növbəti səfəri isə Türkiyəyədir. Daha sonra isə senator Rumıniya və Macarıstana gedəcək.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədr müavini, respublikaçı-senator Riçard Luqar Bakıya avqustun 25-də gəlib.