«Jurnalistin həbsi Avropa Şurasının prinsipləri ilə bir araya sığmır»

Avropa Şurasının Baş qərargahı,

«Jurnalistin peşə fəliyyətinə görə həbs edilməsi Avropa Şurasının prinsipləri ilə bir araya sığmır».

İrlandiya parlamentinin və Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü, hazırda Avropa Şurasının eksperti olan Paskal Muni Azərbaycanda üç jurnalistin həbsdə olmasına münasibət bildirərkən belə deyib:

«İrlandiyada - mənim ölkəmdə jurnalistlərin dedikləri və ya yazdıqlarını hakimiyyət qəbul etməsə və onların həbsi bilavasitə peşə fəaliyyətləri ilə bağlı olsa, bunun qarşısı alınar».

Muni deyir ki, seçki kampaniyasında hər bir jurnalistin başlıca vəzifəsi obyektivlik və balansı, eləcə də bütün tərəflərin mövqelərini açıq və şəffaf şəkildə geniş auditoriyaya çatdırmaqdır.

O, hesab edir ki, seçki zamanı müxtəlif məsələlər ortaya çıxa bilər. Belə halda isə seçicilərə qərəzsiz və təfərrüatlı məlumatın çatdırılması üçün jurnalistlərdən peşəkarlıq tələb olunur.

Hazırda Azərbaycanda üç jurnalist peşə fəaliyyətinə görə həbs edilib.