ABŞ-ın nüfuzlu «Washington Post» qəzeti Rusiyanın Gürcüstana təcavüzünü dayandırmaq üçün Amerika və onun Qərb müttəfiqlərinin növbəti addımları barədə redaksiya məqaləsi ilə çıxış edib. Qəzet hesab edir ki, bütün beynəlxalq təşkilatların, böyük dövlətlərin Gürcüstandan çıxmaq barədə çağırışlarına məhəl qoymayan Rusiya rəhbərliyini əməllərindən peşiman etmək üçün imkanlar kifayət qədərdir.
Məqalədə deyilir ki, əgər ABŞ və onun Qərb müttəfiqləri daha cəld və inamlı tərpənsələr, Gürcüstanın prezidentini dəyişib onun hələ kövrək olan demokratik strukturlarını məhv etmək niyyətində olan Rusiyanı yerində oturtmaq o qədər də çətin iş deyil. Artıq Amerika bunun üçün ilk addımlarını da atıb. Prezident Buş Amerika gəmiləri və təyyarələrinə Gürcüstana humanitar yardım çatdırmaq göstərişi verib. Bunun ardınca da nümayişkaranə şəkildə təchizat və yenidənqurma işləri aparılmalıdır. Rusiya əmin olmalıdır ki, onun işğalçılığı Gürcüstan iqtisadiyyatını məhv edə bilməyəcək.
Eyni zamanda, Moskvanın da razılaşdığı beynəlxalq müşahidəçilər bölgəyə mümkün qədər tez gəlməlidir ki, Rusiya yeni təxribatlarla növbəti döyüşlərə başalamaq bəhanəsi əldə edə bilməsin.
«Washington Post» Rusiyaya daha ciddi təsir vasitələrindən birinin də onun iqtisadiyyatının təhlükə altına qoyulması olduğunu yazır. Qəzetin yazdığına görə, hazırda Rusiya iqtisadiyyatı Qərbin investisiya və texnologiyalarından asılı vəziyyətdədir. Gürcüstana təcavüzünə görə, ilkin iqtisadi təzyiqlər artıq Rusiya iqtisadiyyatında gərginlik yaradıb. Sərmayəçilərin öz pullarını geri çəkməsi ilə Rusiyanın xarici valyuta ehtiyatları bu ay xeyli aşağı düşüb. 1998-ci ildə Rusiya rublunda böhran yarananda xarici investorlar pullarını geri götürürdülər. İndi isə həmin pulların geri götürülməsi 1998-ci ildəkindən daha sürətlidir.
Qəzet bir məqamı da yada salır ki, cənab Putinin ətrafındakı korrupsiyalaşmış oliqarxların Qərb banklarında milyardları, imarətləri, futbol komandaları var. Həmin oliqarxların sıxışdırılması üçün onların Qərbdəki var-dövlətdən istifadə edilə bilər. Bundan başqa, ABŞ və beynəlxalq agentliklər Rusiyanın korrupsiyalaşmış firmalarına açıq təzyiqlər edə bilərlər. Kremllə əlaqəli olan kompaniyalar öz əməlləri ilə Gürcüstanın hüquqlarını, Cənubi Osetiya və Abxaziya ilə bağlı beynəlxalq qaydaları pozarlarsa, onların ABŞ-dakı əmlakları, məsələn, qaz stansiyaları zəbt oluna bilər.
Siyasi və diplomatik istiqamətlərdə isə əvvəllər də qeyd edildiyi kimi, Buş hökuməti Rusiya ilə nüvə sahəsində əməkdaşlıq barədə razılaşmadan çıxmağı planlaşdırır. Moskvanın Beynəlxalq Ticarət Təşkilatına üzvlüyündə ABŞ-Rusiya əməkdaşlığı barədə razılaşmanın ləğvi, silahlara nəzarət üzrə danışıqların dayandırılması da təsir imkanları kimi nəzərdən keçirilə bilər.
Əgər Vladimir Putin qarşıdakı günlər ərzində Gürcüstanla atəşkəs haqqında razılaşmaya tamamilə əməl etməsə, bu cür sanksiyaların tətbiqi gərəkli olacaq. Eyni zamanda, ABŞ Gürcüstan hökuməti və iqtisadiyyatının təcavüzün yaratdığı böhrandan əvvəlkindən də güclü çıxmasını təmin etməlidir. Beləliklə də Rusiya başa düşməlidir ki, qonşusunun ərazisini işğalda saxlamaqla əvvəl-axır onun özü əldən düşəcək.