Polis Mədəniyyət Evinin direktorunu saxlayıb

Avqustun 26-da Abşeron rayon Mədəniyyət Evinin direktoru Məmmədkərim Səmədov saxlanıb. Onun Asif Məmmədov adlı şəxsə 200 manata saxta diplom satdığı iddia edilir. Bu barədə «Turan»a Daxili İşlər Nazirliyindən bildiriblər.