Qızıl medal qazanan idmançıya 200 min manat veriləcək

XIII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərəcək Azərbaycan idmançılarına veriləcək mükafatların məbləği açıqlanıb.
Bu haqda prezident İlham Əliyevin avqustun 28-də imzaladığı sərəncamda deyilir.
Sərəncama əsasən, paralimpiya oyunlarında birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə isə 100 min manat veriləcək.
İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə isə 50 min manat veriləcək.
Sənədə əsasən, üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat mükafat veriləcək.