Obama ABŞ-ın gələcək xarici siyasəti haqda <img src="/img/icon-photogallary.gif" border=0 />

B. Obama Denver şəhərində minlərlə insan qarşısında çıxış edib

«Mən İraqda müharibəyə son qoyacağam, «əl Qaidə»yə, Əfqanıstanda Talibana qarşı döyüşləri dayandıracağam. Gələcək münaqişələri dəf etmək üçün ordumuzu bərpa edəcəyəm. Mən həm də sərt diplomatik siyasət yürüdəcəyəm ki, İran nüvə silahı istehsalını dayandırsın və Rusiya təcavüzünün qarşısını alınsın».
Amerika prezidentliyinə namizədliyini rəsmən elan etmiş Barak Obama Kolorado ştatındakı Denver şəhərində minlərlə insan qarşısında çıxış edərkən belə deyib. Obama bildirib ki, prezident seçiləcəyi halda ölkə əhalisinin həyat səviyyəsinin daha da yüksəlməsi və milli təhlükəsizliyin daha da güclənməsinə çalışacaq. Xarici siyasətə gəlincə isə Barak Obama sərt diplomatik siyasət yürüdəcəyinə söz verib.
Demokrat Partiyasının qurultayında bütün partiya nümayəndələri Barak Obamanın namizədliyini dəstəkləyib. Keçmiş prezident Bill Klinton deyib ki, Obama Amerikanı idarə etməyə və onun dünyada liderliyini bərpa etməyə qadirdir.
Noyabrın 4-ü keçiriləcək prezident seçkisində Barak Obamanın rəqibi respublikaçı Con Makkeyndir.

B. Obamanın həyat yoldaşı Mişel Obama qurultay nümayəndələrinə müraciət edib, 25 avqust 2008
B. Obamanın həyat yoldaşı Mişel Obama qurultay nümayəndələrinə müraciət edib, 25 avqust 2008
Senator Hillari Klinton, 26 avqust 2008
Bill Klinton, 27 avqust 2008
B. Obama prezident seçilsə, Cozef Bayden vitse-prezident olacaq, 27 avqust 2008
B. Obama prezidentliyə namizədliyini rəsmən elan edir, 28 avqust 2008