Qasırğa azı 70 nəfərin ölümünə səbəb olub

Karib dənizindəki tropik Qustav fırtınası azı 70 nəfərin ölümünə səbəb olub

Karib dənizindəki tropik Qustav fırtınası azı 70 nəfərin ölümünə səbəb olub. İndi fırtına Nyu Orleona, Meksika körfəzindəki neft yataqlarına tərəf yönəlib.
Gözlənilir ki, gələn həftə bu ərazilərdə güclü qasırğa baş verəcək.
Amerikanın Luizana ştatının rəhbərliyi sakinlərə xəbərdarlıq edib ki, hər ehtimala qarşı bədbəxt hadisəyə, mümkün evakuasiyaya hazır olsunlar.
Qonşu Missisipi ştatında fövqəladə vəziyyət elan edilib.