Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsdi

Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsir. Bununla belə iki ölkə arasında konsul əlaqələri saxlanacaq.

Bunu Gürcüstan Xarici İşlər nazirinin müavini Qriqol Vaşadze deyib.

Avqustun 30-da bütün gürcü diplomatları Rusiyadan geri çağırılacaq.

Avqustun 28-də Gürcüstan parlamenti qərar qəbul edərək Rusiya ilə diplomatik münasibətləri kəsməyi tələb etmişdi.

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Tbilisinin qərarından təssüfləndiyini bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Andrey Nisterenko bəyan edib ki, Gürcüstanla təmaslar üçün diplomatik kanalların qorunub saxlanmasını vacib sayır.