«Rusiya, dayan!» <img src="/img/icon-video.gif" border=0 />

Aksiya insidentsiz başa çatdı

Sentyabrın 1-də Gürcüstan vətəndaşları bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçiriblər. İştirakçıların «Canlı çəpər» adı verdikləri aksiya həmrəylik məqsədilə keçirilirdi.

Aksiyaya gələnlər əl-ələ tutub səfirliyin qarşısında canlı sədd yaratdılar. Onlar aksiyaya «Rusiya, hərbi qoşunlarını Gürcüstandan çıxart!», «Rusiya, dayan!» şüarlarıyla qatılmışdılar.

Aksiya iştirakçıları deyirlər ki, bununla dünyaya sülh arzusunda olduqlarını göstərmək istəyirlər:

- Bizim vətənimiz dardadır, ona görə də burdayıq.

- Biz Rusyanın Gürcüstana təcavüzünün şahidi olduq.

Aksiya insidentsiz başa çatdı.