«Evdən 100 manatla çıxıram, 1 manatla belə geri qayıtmıram. Gəl yaşa görüm, indi necə yaşayırsan. Üç nəvəm var, bir oğlum. Necə yaşayaq – deyin. Çox çətindir...»
Bakıdakı qadın məsləhətxanalarından birində söhbət etdiyim həkimlərin əksəriyyəti yaşayışlarından şikayətçidirlər. İş yerlərinin olmasına, az-çox maaş almalarına baxmayaraq, onlar məvacibin güclə ərzağa çatdığını, bu səbəbdən də istədikləri kimi yaşamadıqlarını dedilər:
- Sovet vaxtı aldığımız maaş bizi yaxşı görürdü.
- Mənim maaşım 94 manat, təqaüdüm də 60 manatdır. Hələlik görür, hədəqəmdən çıxmıram, lazımsız şeylərdə gözüm yoxdur.
- Həkimlərin maaşı olduqca aşağıdır.
- 89 manat alıram, ancaq yeməyə gedir, başqa heç nə gözümdə deyil.
- İndi nə qədər alırsansa al, xeyri yoxdur. 50 manat maaş bir günümün bazarlığıdır.
Sentyabrın 2-də prezident səhiyyə işçilərinin sosial müdafiəsini gücləndirmək üçün maaşlarının 25 faiz artırılması haqda sərəncam verib. Bu, son bir il yarım ərzində səhiyyə işçilərinin beşinci maaş artımıdır.
Bunu Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli deyir. Onun sözlərinə görə, həkimlərin maaşlarının daha çox artırılmamağının bəzi səbəbləri var:
«Həkimlərin sayının çoxluğu birdən-birə maaşların çox artırılmasına mane olur. Bu gün Azərbaycanda 138 min tibb işçisi var. Onların maaşı yüksək səviyyəyə qalxsa, inflyasiyaya səbəb ola bilər».
Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ucqar regionlarda minə yaxın həkim çatışmazlığı var. Bu səbəbdəndir ki, bəzən kənlərdə diş həkimini, ürək həkimini nə qədər qəribə görünsə də, can həkimləri əvəz edir.
Səhiyyə Nazirliyi regionlarda bu vəziyyəti yaxşılaşdırmaq üçün bir müddətdir ki, səhiyyənin maliyyələşdirilməsi islahatlarını həyata keçirir. Dünya Bankının krediti ilə 2012-ci ilə qədər ümumi dəyəri 80 milyon dollar olan layihə ilə 5 pilot rayonda tibbi bazanın yaxşılaşdırılması nəzərdə tutulur.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev deyir ki, hazırkı şəraitdə səhiyyə işçilərinin əməkhaqlarının artımı vəziyyəti düzəltməyəcək. Bunun üçün səhiyyə sistemində kompleks islahatlara ehtiyac var:
«Həkimlərin indiyə qədər aldığı əməkhaqqı səviyyəsi respublika üzrə orta əməkhaqqından üç dəfə aşağı idi. İndiki halda əməkhaqları yalnız 25 faiz artır. Bu isə il ərzində ölkədə gözlənən inflyasiya səviyyəsinə uyğun, hətta ondan aşağıdır. Ona görə də bu 25 faizlik artım olsa-olsa builki inflyasiyanı kompensasiya etməyə xidmət edir».
Bu il fevralın 1-dən Səhiyyə Nazirliyi ödənişli tibbi xidməti ləğv etsə də, həkimlərin özləri göstərdikləri xidmətin müqabilində bəzən pul aldıqlarını etiraf edirlər. Hətta həkimlər xəstənin «verən əli olmasa» vəziyyətlərinin necə olacağını təsəvvür belə etmədiklərini deyirlər.
50 ildən artıqdır mama-ginekoloq işləyən Tahirə Rəhimova deyir ki, bu səbəbdən də insanların həyatına bilavasitə cavabdeh olan həkimlərin maaşı hazırkı bazar qiymətləri ilə uzlaşmalıdır:
«Azı 500 manat olmalıdır. Normal yaşasın, istirahət etsin, əyni-başı yaxşı olsun».