Azərbaycan Ordusunun əsgəri həlak olub

Ermənistan Silahlı Qüvvələrinin cəbhənin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri həlak olub.

APA-nın məlumatına görə, həlak olan əsgər Qusar rayon Ləgər Qışlaq kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Əlipaşa Səfalı oğludur.
O, Qusar Rayon Hərbi Komissarlığı tərəfindən bu il həqiqi hərbi xidmətə çağırılıb.