Mətbuat Şurası bir qəzetə xəbərdarlıq etdi

Mətbuat Şurası «Böyük Naxçıvan» qəzetinə xəbərdarlıq edib. Xəbərdarlığa səbəb nəşrin 21 avqust - 1 sentyabr 2008-ci il tarixli sayında dərc olunmuş «Zəngi litseyi «zəncir» gəmirir» sərlövhəli yazıdır. Bu barədə Mətbuat Şurasının məlumatında deyilir.
Məlumatda bildirilir ki, məqalədə faktlar qəsdən təhrif olunub, şər və böhtan xarakterli fikirlər yer alıb. «Bununla yanaşı, qəzetin nüsxəsinin adı çəkilən təhsil müəssisəsinə göndərilməsi və digər hallar «reket» jurnalistikaya xas dəst-xətt kimi dəyərləndirilib». Turan