«Akkord» Şirkətlər Qrupunda təxminən minə yaxın işçinin ixtisarı gözlənir. Müəssisənin mətbuat katibi Afaq Quliyeva «Azadlıq» radiosuna deyib ki, Bakı-Quba yolunun tikintisiylə əlaqədar işlərin 80 faizə qədəri başa çatıb. Bu yolun tikintisinə isə 7 min işçi cəlb olunub.
Afaq Quliyeva deyir ki, ixtisar edilən işçilər digər layihələrə cəlb olunacaqlar:
«Bizim daha bir neçə layihəmizin başlanması gözlənilir. Güman ki, həmin işçilər bu layihələrə dəvət alacaqlar».
«Akkord» Şirkətlər Qrupu hazırda Bakının bir neçə ərazisində yol, körpü və yaşayış binası tikintisiylə məşğuldur.