«Narıncı koalisiya» rəsmən buraxıldı


Ukraynada hakim «narıncı koalisiya» rəsmən öz fəaliyyətini dayandırıb.

Bunu sentyabrın 16-da Ali Radanın iclasında parlamentin spikeri Arseni Yatsenyuk bəyan edib.

Koalisiyaya Yuliya Timoşenko Bloku və prezidentyönlü «Bizim Ukrayna-Xalq Özünümüdafiəsi» Blokunun fraksiyaları daxil idi.

Sentyabrın əvvəlində Timoşenko Bloku və müxalif Regionlar Partiyası prezidentin səlahiyyətlərini xeyli məhdudlaşdıran qanunlar qəbul ediblər. Bundan sonra «Bizim Ukrayna» koalisiyadan çıxdığını bəyan edib. Əgər 30 gün ərzində parlament yeni hakim koalisiya yaratmasa, erkən seçkilər təyin olunacaq.