«Yoxsulluğun azaldılması və davamlı inkişafı» Dövlət Proqramında əsas 9 strateji məqsəd müəyyənləşdirilib». İqtisadi İnkişaf Nazirliyinin Dövlət proqramlarının əlaqələndirilməsi və monitorinqi şöbəsinin müdiri Sahib Məmmədov «Azadlıq» radiosunun «Can Bakı» verilişinə belə deyib. Onun sözlərinə görə, bunlardan birincisi, makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı və davamlı iqtisadi artıma nail olunmasıdır:
«İkinci strateji məqsəd - əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azaldılmasıdır».
Verilişdə eləcə də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət şöbəsi müdirinin müavini Cəmaləddin Quliyev də qonaq qolub.
Qonaqlar 2008-2015-ci illəri əhatə edəcək proqrama münasibət bildirərək deyiblər ki, sənəddə sosial müdafiə sisteminin inkişafı, yaşlı əhalinin, aztəminatlı ailələrinin sosial riskinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub:
«Həmçinin proqramda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin, təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin, ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin davamlı idarə olunması ilə bağlı məqamlar da alıb»
Qonaqlar deyiblər ki, indi Azərbaycan aylıq gəliri 75 manatdan az olan insanlar yoxsul hesab olunur. Rəsmi statistikaya görə, ötən ilin sonunda ölkədə yoxsulluğun səviyyəsi 15,8 faizə düşüb. 2002-ci ildə bu göstərici 46,7 faiz, 2005-ci ildə isə 29,3 faiz olub.