«Yeni Müsavat» qəzetinin bank hesabına həbs qoyulub

Bu barədə «Azadlıq» radiosuna qəzetin redaktoru Rauf Arifoğlu məlumat verib. Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının icrasına nəzarəti həyata keçirən Binəqədi rayon idarəsindən bildiriblər ki, qəzet 5 il ərzində yığılan məhkəmə borclarını ödəməyib.