K.Rays: «Biz Rusiyanın təzyiqinin qarşısını alacağıq»

K.Rays: «Rusiyanın gələcəyi Rusiyanın öz əllərindədir»

ABŞ və Avropa birmənalı olaraq, Rusiyaya qonşu dövlətlərin müstəqillik və ərazi bütövlüyünü dəstəkləyir. Bunu Transatlantik Siyasət Mərkəzi - Marşal Fondunda çıxış edən Amerika dövlət katibi Kondaliza Rays deyib.
O, bildirib ki, «Biz Rusiyanın suveren ölkələrə və azad xalqlara qarşı təzyiq cəhdlərinin qarşısını alacağıq».

Rays deyib ki, Amerika və Avropa həmin qonşu dövlətlərlə əlaqələrini möhkəmlədir. «Biz regionun daha bir münaqişəsi Dağlıq Qarabağ məsələsini həll etmək və dost ölkələr, Türkiyə kimi müttəfiqlərimizlə Qafqazda əməkdaşlıq fondu yaratmaq üzərində işləyirik».
Qafqazda enerji məsələsinə də toxunan dövlət katibi deyib:

«Birləşmiş Ştatlar və Avropa böyük enerji müstəqilliyinə nail olmaq üçün Azərbaycan, Gürcüstan, Türkiyə və Xəzər ölkələri ilə əməkdaşlığı gücləndirir. Biz iqtisadiyyatda açıq qlobal enerjini genişləndirəcək və ziyanlı təcrübədən müdafiə edəcəyik. Hər şey tək Rusiya və ya bir başqasının qoyduğu qaydalara uyğun ola bilməz».

«Rusiyanın gələcəyi Rusiyanın öz əllərindədir». Bunu da dövlət katibi Kondaliza Rays deyib.

O, vurğulayıb ki, Gürcüstanla münaqişədən sonra Rusiyanın beynəlxalq aləmdəki mövqeyi 1991-ci ildəkindən də zəifləyib. Dövlət katibi Rusiyada avtoritar tendensiyaların gücləndiyini, xarici təcavüzkarlığın isə artdığını deyib.

Rays bildirib ki, Rusiya avqustun 7-də Gürcüstan ərazisinə müdaxilə etməklə çox uzağa gedib. «Rusiyanın Gürcüstana hücumu Rusiya rəhbərlərinin apardıqları siyasətin mahiyyətini açıb və Qərblə Rusiyanın münasibətlərini kritik həddə çatdırıb»-, deyə Rays bildirib.

Diplomatın fikrincə, bu cür münasibət rus xalqının da marağına ziddir, çünki ölkə iqtisadiyyatına da zərbə edirmiş olur.