Naxçıvan Muxtar Respublikasının (MR) ən yaşlı sakini, Şərur rayon Qorçulu kənd sakini, 1886-cı il təvəllüdlü Zeynəb Məmmədova 122 yaşında vəfat edib. Onun 6 övladı, 14 nəvəsi, 30 nəticəsi və 2 kötükcəsi var.
Onun vəfatından sonra Naxçıvan MR-in ən yaşlı sakini Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini, 1898-ci il təvəllüdlü, 110 yaşlı Gültər Haqverdiyevadır.
Muxtar Respublikada yaşı 100-ü ötmüş 36 uzunömürlü yaşayır. Onlardan 26-sı qadındır.APA