Amerikada neftin qiyməti kəskin sıçrayışla bahalaşıb

Birləşmiş Ştatlar hökuməti maliyyə böhranını aradan qaldırmaq üçün maliyyə yardımı barədə planını açıqlayıb

Amerikada neftin qiyməti kəskin sıçrayışla bahalaşıb. Nyu-York birjasında bir barel neft üçün razılaşmanın qiyməti 25 dollar artıb, 130 dollara çatıb.

Müşahidəçilər deyirlər ki, bu, Amerika hökumətinin 700 milyard dollarlıq yardım ideyasından sonra yaranmış təşvişlə bağlıdır. Birləşmiş Ştatlar hökuməti maliyyə böhranını aradan qaldırmaq üçün maliyyə yardımı barədə planını açıqlayıb.
Amerikanın fond indeksləri də aşağı düşüb. «Dou Cones» indeksi 3 faiz enib. Ekspertlər bunu hökumətin planına inamsızlıqla bağlayırlar. Bundan başqa Amerikanın Federal Ehtiyatlar sisitemi iki iri investisiya bankına icazə verib ki, statuslarını dəyişsinlər. Bunlar – «Qoldman Sachs» və «Morgan Stanley» banklarıdır. Bu, banklara imkan verəcək ki, hökumətin maliyyə dəstəyindən istifadə etsinlər.