Azərbaycan ordusunun 3 əsgəri həlak olub

Naxçıvanda hərbi təlim zamanı 3 əsgər həlak olub. Müdafiə Nazirliyinin məlumatında deyilir ki, hadisə Muxtar Respublikadakı hərbi hissələrdən birində baş verib. Təlim zamanı mərmi tankın lüləsində partlayıb, nəticədə tankdakı əsgərlərdən ikisi yerindəcə həlak olub, biri hospitalda keçinib. Faktla bağlı araşdırma aparılır.