Bakıda bankir həbs olunub

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları «Zamin Bank» ASC-nin Mərkəz filialının direktoru Vidadi Xudiyevi tutublar. Onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 100 min manat məbləğində pul vəsaitlərini mənimsəməsi müəyyən edilib.

Faktla əlaqədar Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi cinayət işi başlayıb. Turan