Yol-nəqliyyat qəzasında bir əsgər ölüb

Sentyabrın 28-i axşam saatlarında Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub. Şəhər polisindən «Turan»a verilən məlumata görə, VAZ-2107 markalı avtomobil ilə «Mersedes» markalı avtomobilin toqquşması nəticəsində N saylı hərbi hissənin əsgəri Fariz Aslanov vəfat edib. Daha üç əsgər isə Gəncə şəhər hospitalına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır, saxlanılanlar haqda məlumat yoxdur.