İngiltərədə Uşaq-internet təhlükəsizliyi Şurası yaradılıb

Böyük Britaniyada hökumətin dəstəyi ilə Uşaq-internet təhlükəsizliyi Şurası (UKCCIS) artıq fəaliyyətə başlayıb. Məqsəd uşaqları internetdəki zorakı və pornoqrafik saytlardan qorumaqdır. Şuranın buraxacağı təbliğat materiallarında həmin saytların uşaqlar üçün təhlükəsindən danışılacaq. Bununla yanaşı Şura saytların fəaliyyəti haqqında məcəllə hazırlayacaq ki, burada şəbəkədə şəkillərin və videorroliklərin yerləşdirilməsi qaydaları öz əksini tapacaq. Artıq Şuranın tərkibində yüzdən çox təşkilat təmsil olunur. Onların arasında Facebook, Google, Yahoo!, Microsoft və Vodafone kimi populyar şirkətlər də var.