Baş prokuror: «Meşə qardaşları»nın 25 üzvü həbs olunub»

Qaralov deyib ki, «Meşə qardaşları» təşkilatının digər üzvlərinin tutulması üçün Qusarda axtarışlar davam etdirilir

«Əbu Bəkr məscidinin partladılmasında iştirakçı olan «Meşə qardaşları» təşkilatının 25 üzvü həbs olunub»-, «Trend»ə açıqlamasında bunu baş prokuror Zakir Qaralov bildirib.
Qaralov deyib ki, «Meşə qardaşları» təşkilatının digər üzvlərinin tutulması üçün Qusarda axtarışlar davam etdirilir. Onun sözlərinə görə, həmçinin, məsciddə terror aktının törədilməsində təqsiri olan Sumqayıt şəhər sakini Elnur Baxşıyev də həbs olunub.

Əbu Bəkr məscidində partlayış avqustun 17-də baş verib. Nəticədə 2 nəfərin öldüb, 11 nəfər xəsarət alıb.

Rəsmi məlumata görə, partlayışı «Meşə qardaşları» təşkilatının üzvlərinin törətdiyi bildirilir. Milli Təhlükəsizlik Nazirliyi Qusarda qanunsuz fəaliyyət göstərən təşkilata qarşı əməliyyat həyata keçirib.