Con Neqroponte İlham Əliyevlə görüşüb

Amerikalı diplomatın Bakıya səfəri oktyabrın 3-də başa çatacaq

Amerika dövlət katibinin birinci müavini Con Neqroponte prezident İlham Əliyevlə görüşüb. Rəsmi məlumata görə görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Con Neqroponte oktyabrın 2-də Bakıdakı Bibiheybət məscidində olub, məscidin tarixiylə, fəaliyyətiylə maraqlanıb.

Amerikalı diplomatın Bakıya səfəri oktyabrın 3-də başa çatacaq.