Dinlə
«-Bilirsiz bu adam oğurluğudur, narkomaniyadır, dəstə yaratmaqdır, bunun hamısını edən polislərdir. Sən, mən bu işlə məşğul ola bilmərik. Bizi kimdir himayə edən? Bu da onlara inamı azaldır…
Bu, Bakı sakinlərinin keçmiş polis zabitlərindən ibarət dəstənin qarətə görə həbs edilməsi xəbərinə reaksiyasıdır.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğun oktyabrın 1-də yaydığı məlumatda deyilir ki, Bakıda keçmiş polislərdən ibarət basqınçı dəstə həbs edilib.
Məlumatda keçmiş polis əməkdaşları Mehdi Əmirəliyev, İrac Nəsrullayev və Ceyhun Qarayevin şübhəli şəxs qismində saxlanıldığı, onların üzərindən 1 ədəd «TT» markalı tapançanın aşkar olunaraq götürüldüyü deyilir. Saxlananlar istintaqa verdikləri ifadələrində 1998-ci ildən Bakının müxtəlif ərazilərində ayrı-ayrı şəxslərə qarşı 20-dən artıq silahlı basqın törətdiklərini və onların külli miqdarda pullarını mənimsədiklərini etiraf ediblər.
«Femida-007» qəzetinin baş redaktoru Əyyub Kərimov deyir ki, sadə insanlarda polisə inamsız münasibətin yaranması təsadüf deyil. Onun fikrincə, Hacı Məmmədovun işi ilə bağlı məhkəmə prosesi göstərdi ki, adam oğruluğu ilə məşğul olan, ağır cinayətlər törədən bir dəstə neçə illər Daxili İşlər Nazirliyində kök salıbmış. Əyyub Kərimov deyir ki, 10 ilə yaxın bir müddət ərzində valyutadəyişmə məntəqələrinə çoxsaylı basqınlar edən dəstənin üzvlərinin də keçmiş polis işçiləri olması çox ciddi nəticələr çıxarmağa əsas verir:
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə valyutadəyişmə məntəqələrinə basqın edən dəstə üzvlərinin yuxarı orqanlardan himayə edilməsi ilə bağlı fikirləri qərəzli sayır:
«Cinayətkarın milliyyəti, dini olmadığı kimi peşəsi də olmur. Onlar 1993-cü ildə polis orqanlarından xaric ediliblər. Onların polisə nə aidiyyatı ola bilər?..»
Əyyub Kərimov isə deyir ki, bu dəstənin zərərsizləşdirilməsi əməliyyatına Daxili İşlər Nazirliyinin cəlb edilməməsi təsadüf deyil. Onun fikrincə bu, həm Daxili İşlər Nazirliyinə etibar edilməməsindən, həm də güc orqanları arasındakı münaqişələrdən xəbər verir. Əyyub Kərimovun sözlərinə görə, Azərbaycanda baş verən ağır cinayətlər cəmiyyətin özündən yox sistemdən qaynaqlanır. Bu da güc strukturlarında çox ciddi islahatlar tələb edir.

-Yox nə danışırsınız, polissiz olmaz. Bizim onlara sonsuz güvənmiz var…
-Adam oğurluğu, ağır qətllər, ağır cinayətlər ondan irəli gəlir ki, nə Allahdan nə də hökumətdən qorxurlar…
-Əgər polislər də belə əməllər törədbirsə, artıq mənim deyəcəyim söz qalmır. Onlara necə inanaq…»
Bu, Bakı sakinlərinin keçmiş polis zabitlərindən ibarət dəstənin qarətə görə həbs edilməsi xəbərinə reaksiyasıdır.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğun oktyabrın 1-də yaydığı məlumatda deyilir ki, Bakıda keçmiş polislərdən ibarət basqınçı dəstə həbs edilib.
Məlumatda keçmiş polis əməkdaşları Mehdi Əmirəliyev, İrac Nəsrullayev və Ceyhun Qarayevin şübhəli şəxs qismində saxlanıldığı, onların üzərindən 1 ədəd «TT» markalı tapançanın aşkar olunaraq götürüldüyü deyilir. Saxlananlar istintaqa verdikləri ifadələrində 1998-ci ildən Bakının müxtəlif ərazilərində ayrı-ayrı şəxslərə qarşı 20-dən artıq silahlı basqın törətdiklərini və onların külli miqdarda pullarını mənimsədiklərini etiraf ediblər.
«Femida-007» qəzetinin baş redaktoru Əyyub Kərimov deyir ki, sadə insanlarda polisə inamsız münasibətin yaranması təsadüf deyil. Onun fikrincə, Hacı Məmmədovun işi ilə bağlı məhkəmə prosesi göstərdi ki, adam oğruluğu ilə məşğul olan, ağır cinayətlər törədən bir dəstə neçə illər Daxili İşlər Nazirliyində kök salıbmış. Əyyub Kərimov deyir ki, 10 ilə yaxın bir müddət ərzində valyutadəyişmə məntəqələrinə çoxsaylı basqınlar edən dəstənin üzvlərinin də keçmiş polis işçiləri olması çox ciddi nəticələr çıxarmağa əsas verir:
«Mən sizə deyirəm. Bu tutulanlar çox xırda fiqurlardır. Onların arxasında generallar dayanıb. Əgər onlar himayə edilməsəydilər 10 il sərasər valyutadəyişmə məntəqələrinə basqınlar edə bilərdilərmi?»