Amerika nazirlərin görüşünü müsbət qiymətləndirir

Amerika Dövlət Departamentinin sözçüsü Şon Makkormak

Amerika Dövlət Departamentinin sözçüsü Şon Makkormak Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən görüşünü müsbət qiymətləndirib.
«Bu, Qafqazda çətinliklərə səbəb olmuş problemlərin həllində və regiona geniş sabitliyin gətirilməsində pozitiv addımdır»-, deyə Makkormak bildirib.

Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyası çərçivəsində sentyabrın 27-də görüşüblər.

Nazirlər jurnalistlərə bildiriblər ki, belə danışıqların bundan sonra da davam etdirilməsində maraqlıdırlar. Onların fikrincə, üçlükdə keçirilən dialoqun danışıqlar prosesinə təsirini çox yaxında hiss etmək mümkün olacaq.