İlham Əliyev Putini təbrik edib

Prezident İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinin ad gününü təbrik edib. AzərTAc xəbər verir ki, oktyabrın 7-dəki telefon söhbətində İ.Əliyev V.Putinə uğurlar və cansağlığı arzulayıb.

Vladimir Putin təbrikə və göstərilən diqqətə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.