Yuşşenko Ali Radanı buraxdı

Erkən parlament seçkilərinin dekabrın 7-si keçirilməsi planlaşdırılır

Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radanın buraxılması və ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.
Buna səbəb, parlamentdə təmsil olunan siyasi qüvvələrin qanunla müəyyən edilmiş müddət ərzində koalisiya formalaşdıra bilməməsidir.

O, Baş nazir Yuliya Timoşenkonu ciddi tənqid edib. Onu milli maraqlara laqeyd yanaşmaqda ittiham edib. Prezident vurğulayıb ki, koalisiya dağıldığından iqtisadi islahatları həyata keçirmək mümkün olmayıb.
Son parlament seçkilərindən sonra Ukraynada hakim koalisiyanı Bizim Ukrayna-Xalq Özünümüdafiə və Yuliya Timoşenko blokları yaratmışdı. Koalisiya bu il sentyabrın 3-də dağılıb.

Erkən parlament seçkilərinin dekabrın 7-si keçirilməsi planlaşdırılır.