Nobel mükafatını fransız yazıçısı aldı

Lə Kleziö 80-ci illərin sonunda «Səhra» romanının nəşrindən sonra məşhurluq qazandı

2008-ci il ədəbiyyat üzrə Nobel mükafatını fransız yazıçısı Jan-Mari Qüstav lə Kleziö alıb.
İsveç Kral Akademiyasının qərarında deyilir ki, 68 yaşlı lə Kleziönün əsərlərinə «poetik və hissiyyat» məxsusdur.

Lə Kleziö 80-ci illərin sonunda «Səhra» romanının nəşrindən sonra məşhurluq qazandı. O, ədəbiyyat üzrə bir çox mükafatlara, o cümlədən Fransa Akademiyasının mükafatına layiq görülüb.

Lə Kleziö dekabrın 10-da keçiriləcək mərasimdə İsveç Kral Akademiyasının diplomu, qızıl medal və 10 milyon İsveç kronu (1,42 milyon dollar) puldan ibarət mükafatını alacaq.

Ədəbiyyat üzrə Nobel mükafatı 1901-ci ildən verilir.