2008-ci il üçün Nobel sülh mükafatını BMT baş katibinin Kosovo münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi, Finlandiyanın sabiq prezidenti Marti Ahtisaari alıb.
Norveç Nobel Komitəsi qərarı oktyabrın 10-da Osloda elan edib.
Cənab Ahtisaari bu mükafata beynəlxalq münaqişələrin həllində göstərdiyi səylərə görə layiq görülüb.
M. Ahtisaarinin Kosovo münaqişəsinin tənzimlənməsi ilə bağlı planını Rusiya və Çinin etirazına baxmayaraq, ABŞ və Avropa Birliyi dəstəkləyib.
Dəyəri 1 milyon 400 min dollar olan Nobel mükafatına bu il 197 iddiaçı var idi. Ötən il bu mükafatı ABŞ-ın sabiq vitse-prezidenti Albert Qor alıb.