Prezident seçkisinin nəticələri səsvermədən təqribən 3-4 saat sonra bilinəcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov oktyabrın 14-də keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, oktyabrın 15-i yəni səsvermə günü bütün məntəqələrdə əsas seçici siyahıları ilə yanaşı əlavə seçici siyahıları da mövcud olacaq:

«MSK bütün məntəqələrə əsas seçici siyahıları ilə yanaşı boş əlavə seçici siyahıları da göndərib. Ona görə bütün ölkə vətəndaşları bu səsvermədə iştirak edə bilər».
Seçki Məcəlləsinə edilən son dəyişiklikdən sonra, qeydiyyatdan çıxma vəsiqələri alan bütün seçicilər bu əlavə seçici siyahısında qeydə alınacaqlar.
Bir neçə gün əvvəl isə seçkini boykot edən partiyaların Məşvərət Mərkəzinin seçki qərargahının üzvü Gülağa Aslan bəyan etmişdi ki, əlavə seçici siyahılarından seçkini saxtalaşdırmaq üçün istifadə edə bilərlər.
Məzahir Pənahov deyib ki, ölkədə 5 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək. Ölkə üzrə seçicilərin ümumi sayı isə 4 milyon 800 mindən çoxdur. Məzahir Pənahovun sözlərinə görə bu seçkiləri 47 mindən çox müşahidəçi izləyəcək. Onların 1200-dən çoxu beynəlxalq müşahidəçilərdir.