«Mərdəkan Broyler» Açıq Səhmdar Cəmiyyəti (ASC) müflis olub. Bu barədə «Turan»a ASC-nin İdarə Heyətinin sədri Aydın Vəliyev bildirib.
Onun sözlərinə görə, müəssisənin maliyyə iflasının səbəbi ASC-nin əsas səhm sahibinin top-menecerlərinin təcrübəsizliyidir. Müəssisənin 98% səhm sahibi müəyyən vaxt ərzində şəxsi vəsaitləri hesabına bir günlük broylerin yeni partiyasını alacaq və yerli banklara olan 1,5 mln. manat borcunu siləcək.
«Mərdakan Broyler» ASC-nin səhmdarlarının sayı 50 nəfərdən çox deyil.